Sionist İsrail ordusu Qəzza zolağının şimalında azad etdiyi 3 məhbus və bir fələstinlini atəşə tutaraq öldürüb.
Az.rasthaber.com xəbər verir ki, şahidlərdən alınan məlumata görə, qatil İsrail əsgərləri Qəzza şəhərinin şimal-qərbindəki Əs-Sudaniyyə bölgəsində qısa müddətdən sonra atəş açaraq azad etdikləri 3 məhbusu öldürüblər.
Qətlə yetirilən fələstinlilərin cənazələri Şifa Xəstəxanasına aparılıb.
Yerli Fələstin mediası şimalda Əbu Şarh qovşağı yaxınlığında İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinlinin şəhid olduğunu bildirib.
Oktyabrın 7-dən bu yana soyqırım törədən İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 210-u uşaq, 11 min 742-si qadın olmaqla, 43 min 552 fələstinli şəhid olub, 102 min 765 nəfər yaralanıb.