İsrail əsgərləri 15 yaşlı fələstinlini güllələyib

İsrail əsgərləri 15 yaşlı fələstinlini güllələyib

Fələstinli tibb mənbələri bildiriblər ki, sionist hərbçilərin birbaşa atəşləri nəticəsində bir fələstinli yeniyetmə şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, məlumata görə, Ədi Saleh adlı on beş yaşlı fələstinli yeniyetmə qərb sahilinin şimalında yerləşən Cenin şəhərinin Kəfərdan qəsəbəsində şəhid edilib.

Fələstinli mənbələr həmçinin Kəfərdan qəsəbəsində müqavimət qüvvələri ilə sionist hərbçilər arasında silahlı toqquşmanın baş verdiyini bildiriblər.

Toqquşmaların davam etməsilə bir zamanda sionist rejimin snayperləri Kəfərdan qəsəbəsindəki evlərin damlarında yerləşiblər.

Yerli mənbələr bildiriblər ki, sionist hərbçilər, yaralı fələstinli yeniyetməni xəstəxanaya çatdırmaq istəyən təcili yardım maşınının Kəfərdan qəsəbəsinə daxil olmasına mane olublar.

Belə bir halda, dünən fələstinli müqavimət qüvvələri ilə sionist hərbçilər arasında baş verən toqquşmada iki fələstinli döyüşçü şəhid olub və bir sionist hərbçi məhv edilib.

Xəbəri paylaş

VİDEOLAR