İsrail bağlanan yəhudi təşkilatını xilas etmək üçün Moskvaya "elçilər" göndərir

İsrail bağlanan yəhudi təşkilatını xilas etmək üçün Moskvaya

Rusiyada fəaliyyəti dayandırılan "Soxnut" yəhudi agentliyini xilas etmək üçün İsrail növbəti səylərini etmək istəyir.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, bir müddət əvvəl Rusiyada fəaliyyəti dayandırılan  "Soxnut" Yəhudi Agentliyini xilas etmək üçün İsrail növbəti səylərini etmək məqsədilə Moskvaya xarici işlər nazirliyinin hüquqşünaslarını göndərir.

Məlumata görə, bu heyətə İsrail XİN-nin hüquq işlər üzrə müşaviri Tamar Kaplan başçılıq edəcək. Onunla birlikdə Ədliyyə nazirliyi, baş nazirin dəftərxanası və s.qurumların təmsilçiləri də gedəcək.

28 iyulda məhkəmədə "Soxnut"un fəaliyyətinin dayandırılmaması üçün göndərilən heyətin bu qərara nə qədər təsir edəcəyi dəqiq bilinməsə də, məlumatlarda  İsrail heyəti içində Rusiya qanunlarının mütəxəssislərinin olmadığı da önə çəkilir.

Təbii ki, bu "ehtiyyat cümlə" "Soxnut"un bağlanacağı təqdirdə, ictimaiyyətə "bəhanə" kimi də təqdim olunacağı ehtimalını verir.

Qeyd edək ki, "Soxnut" 1989-cu ildən keçmiş SSRİ-də yəhudilərin köçürülməsi və digər dəstəklərlə bağlı fəaliyyət göstərən beynəxalq təşkilatdır. 

Onu da qeyd edək ki, İsrail tərəfi Rusiyanın bu addımını İsrailin Ukrayna müharibəsi zamanı mövqeyilə əlaqələndirirlər.

Xəbəri paylaş

VİDEOLAR