İsrail Rəfah şəhərinə hava zərbəsi endirib

İsrail Rəfah şəhərinə hava zərbəsi endirib

Sionist İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi hava zərbələri nəticəsində 3-ü uşaq və 3-ü qadın olmaqla 8 mülki şəxsin şəhid olduğu bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə sionist İsrail ordusunun döyüş təyyarələrinin Rəfah şəhərinin şərqindəki Ən-Nəsr qəsəbəsinə hücumda bir evin bombalandığı, 3-ü uşaq, 3-ü qadın olmaqla 8 nəfərin şəhid olduğu bildirilib.

Qəzza zolağının mərkəzi hissələrində Deyr əl-Belah bölgəsində bir evin sionist İsrail təyyarələri tərəfindən bombardman edildiyi vurğulanan xəbərdə işğalçı İsrail qüvvələrinin Qəzza şəhərindəki Şifa xəstəxanasına tətbiq etdiyi mühasirənin davam etdiyinə diqqət çəkilib.

Xəbəri paylaş

VİDEOLAR