İsrail rejiminin yaradılmasında İngiltərənin rolu unudulmayacaq

İsrail rejiminin yaradılmasında İngiltərənin rolu unudulmayacaq

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Rəis Əli Delvarinin şəhadətinin ildönümünü uca tutaraq bildirib: “Region və dünya xalqları İngiltərə dövlət adamlarının İslam dünyasının mərkəzində İsrailin aparteid rejimini yaratmağa necə başladığını unutmayacaq.”

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki şəxsi səhifəsində 12 şəhrivər (2 sentyabr) müstəmləkəçiliklə mübarizənin qəhrəmanı şəhid Rəis Əli Delvarinin xatirəsinin anılması ildönümünə və İngiltərə Müstəmləkəçiliyinə Qarşı Milli Mübarizə Gününə işarə edərək yazıb: “Böyük və tarix yaradan İran xalqı müstəmləkəçilərin hegemonluğu, o cümlədən İngiltərə müstəmləkəçiliyi ilə mübarizə aparmaq və öz siyasi müstəqilliyini əldə etmək kimi parlaq və qürurlu tarixə malikdir.”

 

“Tarixi hegemon davranış və onu davam etdirmək cəhdi, təfriqə yaratmaq, mühüm regional məsələlərdə, o cümlədən Fələstin məsələsində problemlər və böhranları institutsionallaşdıraraq, İngiltərənin Qərbi Asiyada müstəmləkəçilik siyasətinin mühüm fəslini təşkil edir”- deyə, Kənani əlavə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: “Region və dünya xalqları İngiltərə dövlət adamlarının İslam dünyasının mərkəzində İsrailin aparteid rejimini yaratmağa necə başladığını, bu gün də sionist rejimi dəstəkləməklə Qəzzə zolağında və İordan çayının qərb sahilində yaşayan fələstinlilərin soyqırımına, kütləvi qırğınlarına, əzab çəkməsinə və köçkünlüyünə şərik olduqlarını unutmayacaq.”

Xəbəri paylaş

VİDEOLAR