İsrail rejiminin XİN rəhbəri BMT Baş katibini hədələyib

İsrail rejiminin XİN rəhbəri BMT Baş katibini hədələyib

Biz BMT-nin Baş katibi Antoniu Quterreşi “arzuolunmaz şəxs” elan etməyə və onun İsrailə girişinə qadağa qoymağa davam edəcəyik.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats “X” platformasındakı paylaşımında bildirib.

“BMT-nin Baş katibi Antoniu Quterreş 7 oktyabr hadisələrindən sonra HAMAS-ı terror təşkilatı elan etməkdən imtina etdiyi kimi, HAMAS lideri Yəhya Sinvarın öldürülməsini də müsbət qarşılamadı. Quterreş son dərəcə antiisrail və antisemit siyasət yürüdür. Biz onu “persona non-grata” elan etməyə və İsrailə girişinə qadağa qoymağa davam edəcəyik”, - İsrael Kats qeyd edib.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi bir müddət əvvəl BMT-nin Baş katibini “arzuolunmaz şəxs” elan edib və onun ölkəyə girişinə qadağa qoyub.

Xəbəri paylaş

VİDEOLAR