İsrail rejiminin Qəzzadakı qətliamında 67-ci gün

İsrail rejiminin Qəzzadakı qətliamında 67-ci gün

Fələstinin WAFA xəbər agentliyinin xəbərinə görə, sionist rejim döyüş təyyarələrinin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə həyata keçirdiyi hava hücumunda 6-sı uşaq olmaqla 12 nəfər şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, hücum nəticəsində onlarla fələstinlinin yaralandığı da qeyd edilib.

İşğalçı İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif hissələrini, eləcə də Rəfah şəhərini bombaladığı bildirilib.

Sionist rejim ordusu Qəzzanın şimalında Cibaliya və cənubda Xan Yunus şəhərlərini intensiv artilleriya atəşinə tutub.

Digər tərəfdən, işğalçı rejim qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə basqın edib.

Şahidlərin sözlərinə görə, reyd zamanı sionist İsrail qüvvələrini buldozerlər müşayiət edib.

Sionist rejim qüvvələri müxtəlif istiqamətlərdən Cenin şəhərinə basqın edərkən, çoxlu hündürmərtəbəli binaların damlarına snayperlər yerləşdirilib.

Bölgədəki bəzi məhəllələri mühasirəyə alan işğalçı İsrail qüvvələri Cenin Dövlət Xəstəxanasının təcili girişləri ilə ər-Razi və əl-Əmal xəstəxanalarının qarşısına yerləşdirilib.

Basqın zamanı buldozerlər düşərgənin infrastruktur sistemlərini və Fələstin mülklərini dağıdıb.

Şahidlərin sözlərinə görə, işğalçı rejim ordusu qüvvələri ilə fələstinlilər arasında silahlı qarşıdurma baş verib, zaman-zaman partlayış səsləri eşidilib.

Xəbəri paylaş

VİDEOLAR