Sionist İsrail Fələstin torpaqlarını işğal etməkdə və dinc əhaliyə qarşı qırğın etməkdə davam edir. İsrail qeyri-hökumət təşkilatı İr Amimdən verilən yazılı açıqlamaya görə, Tel-Əviv rəhbərliyi Şərqi Qüdsdə 1839 evin tikintisi üçün dekabrın 25-də 3 tender açıb.
Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrail işğal altındakı Şərqi Qüdsdə 1839 qeyri-qanuni yeni yaşayış binasının tikintisi üçün tender açıb.
İsrail qeyri-hökumət təşkilatı İr Amimdən verilən yazılı açıqlamaya görə, Tel-Əviv rəhbərliyi Şərqi Qüdsdə 1839 evin tikintisi üçün dekabrın 25-də 3 tender açıb.
Buna uyğun olaraq Qüdsdəki Scopus dağında 500 ev, şəhərin şimalındakı Fransız təpəsində 1039 ev, Şərqi Qüdsün cənubunda qeyri-qanuni Şərqi Talpiot yəhudi qəsəbəsində 300 ev tikiləcək.
Bəyanatda sözügedən addımın Qəzza müharibəsinin başladığı 7 oktyabrdan bəri Şərqi Qüdsdə qeyri-qanuni yəhudi məskunlaşmalarının genişlənməsi dalğasının bir hissəsi olduğu və hökumətin mövcud vəziyyətdən sui-istifadə etdiyi qeyd edilib.
Sionist rejimdə ifrat sağçı partiyaların koalisiyasının yaratdığı Binyamin Netanyahu hökuməti hakimiyyətə gəldiyi gündən işğal altındakı Fələstin torpaqlarında qeyri-qanuni yəhudi qəsəbələrinin salınmasını sürətləndirir.
Sionist İsrailin 1967-ci ildə işğal etdiyi Şərqi Qüdsdə hökmranlığı və orada tikdirdiyi yəhudi qəsəbələri beynəlxalq hüquqa görə qeyri-qanuni sayılır.