İsrail rejiminin hücumları nəticəsində didərgin düşən fələstinlilərin sayı açıqlanıb

İsrail rejiminin hücumları nəticəsində didərgin düşən fələstinlilərin sayı açıqlanıb

İsrailin Qəzzaya hücumları səbəbindən 1,9 milyon insanın didərgin düşdüyü açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatından (UNWRA) verilən məlumata görə, Qəzza əhalisinin 80 faizdən çoxunu təşkil edən 1,9 milyon adamın yerindən-yurdundan didərgin düşdüyü bildirilib.

Oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində UNRWA-nın 111 əməkdaşı da həyatını itirib.

Dekabrın 2-dən etibarən isə 1,2 milyon köçkün UNRWA-nın 156 mərkəzinə sığınıb.

3 dekabra qədər 85 UNRWA mərkəzinə 117 dəfə hücum edilib: 30 mərkəzi birbaşa vurulub, 55-i isə ikinci dərəcəli zərər görüb.

Qeyd edək ki, oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 6 mindən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla 15 min 523-ə yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR