İsrail Qurban bayramı günlərində də Qəzza sektorunda törətdiyi qətliamları davam etdirib.
Az.rasthaber.com xəbər verir ki, İsrail ordusu müsəlmanların müqəddəs Qurbanı günlərində də günahsız fələstinliləri bombalamağa davam edib.
Belə ki, İsrail 5 iyun (Ərəfə günü), 6 və iyun tarixlərində ən azı 160 dinc qəzzalını qətlə yetirib, yüzlərlə bölgə sakini isə yaralanıb.
Xatırladaq ki, İsrail 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunda 54,8 mindən çox günahsız fələstinlini qətlə yetirib, 126 mindən çox insanı isə yaralayıb. Qeyd edək ki, öldürülənlərin və xəsarət alanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.