Birləşmiş Millətlər Təşkilatı 2023-cü ilin oktyabr ayından bəri İordan çayının qərb sahilində işğalçı İsrail rejimi tərəfindən 622 fələstinlinin şəhid edildiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsindən bildirilib.
Qeyd edilib ki, 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində və Qüds şəhərində ən azı 622 fələstinli həyatını itirib.
Hesabatda göstərilir ki, onlardan 136 nəfəri İsrailin hava hücumları nəticəsində şəhid olub.
Hesabatda həmçinin qeyd edilir ki, 7 oktyabr 2023-cü il və 26 avqust 2024-cü il tarixləri arasında İordan çayının qərb sahilində 3300-dən çox fələstinli evlərindən didərgin düşüb.
Qəzza zolağında isə sionist rejim tərəfindən 40 602 fələstinli şəhid edilib, 93 855 nəfər isə yaralanıb.