İsrailin Qəzza zolağında humanitar yardım paylama mərkəzinə yeni hücumu olub.
Az.rasthaber.com xəbər verir ki, Əl-Mayadeen-in məlumatına görə, İsrailin Qəzza zolağında humanitar yardım paylama mərkəzinə yeni hücumu həyata keçirilib.
Sionist İsrail əsgərləri Rafahın şimalında ABŞ-ın dəstəklədiyi yardım mərkəzinin yaxınlığında toplaşan ac fələstinlilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Hücum nəticəsində ən azı 21 fələstinli boğularaq ölüb, çoxlu sayda fələstinli yaralanıb.
Qəzzada humanitar yardım paylama mərkəzləri son vaxtlar aclıqla mübarizə aparan fələstinlilər üçün ölüm tələlərinə çevrilib.