İsrail rejimi gecə boyu mülki şəxsləri hədəf aldı

İsrail rejimi gecə boyu mülki şəxsləri hədəf aldı

Sionist İsrail ordusunun gecə boyu Qəzza zolağına həyata keçirdiyi hücumlarda ən azı 80 fələstinlinin şəhid olduğu bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, sionist İsrail Qəzza zolağının müxtəlif bölgələrinə, xüsusilə Nusayrat Qaçqınlar Düşərgəsi və Qəzza şəhərinə qarşı hücumlarını davam etdirib.

Sionist İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində mülki ev və binaları hədəfə aldığı hücumlarda ən azı 80 fələstinli şəhid olub, çoxlu sayda fələstinli yaralanıb.

Sionist İsrail ordusu Qəzza şəhərinin Əl-Cəla küçəsində bir evi bombalayıb, çoxlu sayda insan dağıntılar altında qalıb.

İşğalçı İsrail qüvvələri Qəzza şəhərində Şifa xəstəxanası yaxınlığında məcburi köçkün fələstinlilərin olduğu 7 mərtəbəli binanı hədəfə alaraq dağıdıb, onlarla insan həlak olub, dağıntılar altında qalıb.

Sionist İsrailin Qəzza şəhərinin Tuffah rayonunda bir evi hədəfə aldığı hücumda ən azı 5 fələstinli şəhid olub, çoxlu sayda fələstinli yaralanıb. İsrailin şəhərin Nəsr rayonunda bir evi bombalaması nəticəsində çoxlu sayda insan şəhid olub.

Hökumətin Qəzzadakı media ofisi tərəfindən verilən açıqlamada sionist İsrail ordusunun Nusayrat Qaçqınlar Düşərgəsindəki bir evi hədəfə aldığı və ən azı 36 fələstinlini şəhid etdiyi açıqlanıb.

Xəbəri paylaş

VİDEOLAR