İşğalçı sionist rejim qüvvələri Qəzzada qırğınlar törətməkdə davam edir.
Sionist İsrail gecə saatlarında Qəzzanı fosfor bombaları ilə hədəfə alıb.
İşğal altında olan İsrail Şifa xəstəxanasının ətrafını beynəlxalq hüquq çərçivəsində istifadəsi qadağan edilən fosfor bombaları ilə vurur.
Şifa Xəstəxanasından Dr. Halid Abo Səmra sosial media hesabında belə paylaşıb:
“Sionizmin bu barbarlığı ilə Şifa Xəstəxanasında ən çətin anları yaşayırıq. İsraillilər doğum evlərini və ambulator müalicə binalarını hədəfə alıblar. Onlar binaya atəş açıblar və bəzi qəlpələr kompleksə dəyib. Biz hələ də burada olan həkimlər, tibb bacıları və digər işçilərlə işimizi davam etdiririk. Biz bu torpaqların bir parçasıyıq və ölənə qədər onları tərk etməyəcəyimizə söz veririk”.