24.07.2021 11:45:40
Aksiyaya hücum edən İsrail polisi və ordusu fələstinlilərə həqiqi və plastik güllə, həmçinin gözyaşardıcı qazla hücum edib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin "Qızıl Ay" təşkilatı İordan çayının Qərb Sahilinin Beyta qəsəbəsində yəhudilərin qanunsuz köçürülməsi siyasətinə etiraz edən 320 fələstinlinin yaralandığını bildirib.
Fələstinlilər işğal altındakı Qərb sahilinin Nablus şəhərindəki Beyta qəsəbəsində qurulan qanunsuz yəhudi yaşayış massivini etiraz etmək üçün aksiya keçiriblər.
Aksiyaya hücum edən İsrail polisi və ordusu fələstinlilərə həqiqi və plastik güllə, həmçinin gözyaşardıcı qazla hücum edib.
Fələstin "Qızıl Ay" təşkilatından verilən məlumata görə, 21 odlu silahdan açılan güllələr, 68-i plastik mərmilə olmaqla, ümumilikdə 320 fələstinli yaralanıb.
Qeyd edək ki, fələstinlilər 2 aydan çoxdur İsrailin bu siyasətinə etiraz edirlər.