İsrail Qəzzaya qarşı embarqosunu ağırlaşdırdı

İsrail Qəzzaya qarşı embarqosunu ağırlaşdırdı

İsrail Qəzzaya yanacaq daşıyan maşınları buraxmır.

Rasthaber Azərbaycan xəbər verir ki, İsrail elektrik təchizatı və balıqçılıq məsələlərində Qəzza sektorunun blokadası sərtləşdirib.

Belə ki, İsrail Qəzzaya yanacaq daşıyan maşınları buraxmır.

Söhbət Qəzzadakı yeganə elektrik stansiyası üçün nəzərdə tutulmuş 25 avtosisterndən gedir. Bu isə o deməkdir ki, qızmar yay günlərdinə fələstinlilər elektriklə bağlı problemlər yaşayacaqlar.

Bundan başqa, İsrail qəzzalıların balıq tutmasına da maneçilik törədir – əvvəl balıqçılar 12 mil radiusunda balıq tuta bilirdilərsə, indi bu məsafə 6 milədək azaldılıb.

Xəbəri paylaş

VİDEOLAR