İsrail Qəzzanın mərkəzindəki məscidi bombalayıb

İsrail Qəzzanın mərkəzindəki məscidi bombalayıb

Qatil İsrail rejimi Qəzzanın mərkəzindəki məscidə hava hücumu edib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin Qəzzanın mərkəzindəki məscidə təşkil etdiyi hava hücumunda 50 nəfərin öldüyü açıqlanıb.
Fələstin dövlət xəbər agentliyinin məlumatına görə, hücum mühasirəyə alınan ərazinin mərkəzində yerləşən Əl-Səbra məhəlləsindəki məscidi hədəf alıb.

"Wafa" xəbər agentliyinin müxbiri onlarla insanın da yaralandığını bildirib.

Agentlik Qəzza zolağının cənubundakı Xan Yunisdə telekommunikasiya qüllələrinə edilən ayrı-ayrı hücumda ən azı bir uşağın öldüyünü açıqlayıb.

Hər iki məntəqə İsrailin hücumlarını intensivləşdirdiyi Qəzzanın cənubunda və İsrailin fələstinli mülki insanları öz təhlükəsizlikləri üçün köçməyə təşviq etdiyi ərazilərdədir.

Digər tərəfdən, Fələstinin telekommunikasiya şirkəti "Paltel" noyabrın 15-də xəbərdarlıq edib ki, şirkətin məlumat mərkəzləri və digər avadanlıqlarının bağlanması nəticəsində yaxın saatlarda Qəzzada kommunikasiyanın kəsiləcəyi gözlənilir.
Şirkət İsrailin mühasirəyə alınmış əraziyə hər hansı yanacaq idxalını qadağan etməsindən sonra həyati vacib avadanlıqların işləməsini təmin etmək üçün kifayət qədər yanacağın olmadığını bildirib.

"Human Rights Watch" təşkilatı elektrik kəsilməsinin Qəzzada fələstinlilərin həyatını təhlükəyə atacağı barədə xəbərdarlıq edib və İsraili yanacağın daxil olmasına icazə verməyə çağırıb.

Təşkilatın baş texnologiya tədqiqatçısı Deborah Braun deyib: “Qəsdi olaraq bağlanma və ya internetə çıxışın məhdudlaşdırılması bir çox hüquqları pozur və böhran zamanı ölümcül ola bilər. Qəzzada yaşananlar kimi uzunmüddətli və tam kommunikasiya kəsilməsi vəhşilikləri ört-basdır edə və cəzasızlıq yarada bilər, eyni zamanda humanitar səyləri daha da zəiflədə və insanların həyatını riskə ata bilər".

Xəbəri paylaş

VİDEOLAR