İsrail rejimi Qəzza zolağını növbəti dəfə bombardman edib.
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, bu barədə fələstinli fəallar məlumat verib.
Məlumata əsasən, bu axşam İsrail rejiminə məxsus aviasiya və artilleriya Qəzza zolağının şərq hissəsində yerləşən Cəbəliyyə rayonundakı HƏMAS müqavimət hərəkatının nəzarət-buraxılış məntəqəsini və digər əraziləri bombardman edib.
Qəzzanın Deyr əl-Bəlha rayonunun şərqinə endirilən zərbələr nəticəsində 5 yerdə ciddi dağıntılar qeydə alındığı bildirilir.
İsrail rejimi bombardmana səbəb kimi Qəzza zolağından iki raket atımasını göstərib.