Amerikanın New York Times qəzeti yazıb ki, sionist İsrail qəzzalıları Misirə göndərmək üçün sakitcə çalışır.
Az.rasthaber.com xəbər verir ki, 6 yüksək rütbəli xarici diplomata əsaslanan xəbərə görə, sionist rejim hökuməti bu məsələdə beynəlxalq dəstək əldə etmək üçün sakitcə çalışır.
İsrailli idarəçilərin xarici hökumətlərlə görüşlərində məsələni “humanitar təşəbbüs” olaraq gündəmə gətirdikləri diqqətə çatdırılır.
Qəzzada yüz minlərlə dinc sakinin Sinay səhrasında qurulacaq qaçqın düşərgələrinə yerləşdirilməsi təklifi daha əvvəl Qahirə rəhbərliyi tərəfindən reaksiya ilə qarşılanmışdı.