İsrail Qəzzada sərhəd qapılarını yenidən bağlayıb

İsrail Qəzzada sərhəd qapılarını yenidən bağlayıb

Sionist rejim işğal altındakı İordan çayının qərb sahilindəki bütün keçidləri və Qəzza zolağındakı sərhəd qapılarını “Çadır bayramı” ilə əlaqədar bağlayacağını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İsrail hökumətinin Fələstin ərazilərindəki "əməliyyatları"nın koordinatoru Qassan Alyanın verdiyi yazılı açıqlamada Yəhudeya və Samariya (yəhudilərin İordan çayının qərb sahilinə verdiyi ad) və Qəzza ilə sərhəd qapılarının bağlanacağı bildirilib.

Açıqlamaya görə, keçidlər cümə axşamı gecə yarısından sentyabrın 30-u gecə yarısına qədər dayandırılacaq.

48 saatlıq qapadılma müddətində sionist rejim hökumətinin Fələstin ərazilərindəki əməliyyatlarının koordinatorunun razılığı ilə yalnız humanitar və sağlamlıqla bağlı müstəsna hallarda giriş və çıxışa icazə veriləcək.

Xəbəri paylaş

VİDEOLAR