İsrail Qəzzada Əl-Qüds əl-Yəvm televiziyasının canlı yayım maşınını vurub

İsrail Qəzzada Əl-Qüds əl-Yəvm televiziyasının canlı yayım maşınını vurub

Sionist İsrail ordusu Qəzza zolağında Əl-Qüds əl-Yəvm televiziyasının canlı yayım maşınını vurub.

Az.rasthaber.com xəbər verir ki, Qəzza hökumətinin bəyanatına görə, Nuseyrat Qaçqınlar Düşərgəsində Əl-Qüds əl-Yəvm televiziyasının canlı yayım maşınına hücum nəticəsində 5 jurnalist həyatını itirib.

Bildirilib ki, həyatını itirənlər jurnalistlər Faysal Əbu əl-Kumsan, İbrahim əl-Şeyx Əli, Məhəmməd əl-Leda və Fadi Hassune və fotojurnalist Ayman əl-Cadidir.

Son hücumla 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 201-ə çatıb.

Hücumun ən sərt şəkildə pisləndiyi bəyanatda Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Federasiyası və dünyanın bütün ölkələrindəki jurnalist təşkilatları Qəzza zolağında fələstinli jurnalistlərə və media işçilərinə qarşı sistematik şəkildə törədilən cinayətləri pisləməyə çağırılıb.

Xəbəri paylaş

VİDEOLAR