İsrail Qəzzada daha bir yaşayış məntəqəsini bombalayıb

İsrail Qəzzada daha bir yaşayış məntəqəsini bombalayıb

İsrail ordusunun Qəzza zolağının Deyr əl-Beleh şəhərindəki bir məhəlləni bombalaması nəticəsində çox sayda mülki vətəndaşın öldüyü və yaralandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Qəzza hökumətinin Media Ofisinin rəhbəri Selame Maruf bildirib ki, İsrail döyüş təyyarələri Deyr əl-Beleh bölgəsində mülki yaşayış məntəqələrini bombalayıb.

Hücumlar nəticəsində çox sayda mülki vətəndaşın həyatını itirdiyini və yaralandığını bildirən Maruf deyib:"Hava zərbələri yaşayış məntəqəsində geniş dağıntılara səbəb oldu".

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra da İsrail ordusunun Deyr əl-Beleh məhəlləsinə endirdiyi hava zərbələri nəticəsində çox sayda adamın öldüyünü bildirib.

Kudra tibb işçilərinin dağıntılar altındakı yaralıları xilas etmək üçün işlərinə davam etdiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR