İsrail Qəzzada 83 gündə 105 jurnalisti qətlə yetirib

İsrail Qəzzada 83 gündə 105 jurnalisti qətlə yetirib

İsrail ordusu şiddətli hücumlarını davam etdirdiyi Qəzza zolağında 83 gündə 105 fələstinli jurnalisti qətlə yetirib.

Az.rasthaber.com xəbər verir ki, Qəzza zolağının şimalında yerləşən Beyt Lahiyyədə, jurnalistlər Məhəmməd Xeyrəddin və Əhməd Mahir Xeyrəddinin ailəsinin yaşadığı evi İsrail ordusunun bombalaması ilə bağlı Qəzza hökumətinin Media Ofisi açıqlama verib.

Açıqlamada, İsrail ordusunun 2 jurnalisti daha öldürməsi ilə 7 oktyabrdan bu yana Qəzza zolağında həyatını itirən jurnalistlərin sayının 105-ə yüksəldiyi bildirilib.

AA-nın məlumatına görə, Media Ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasına mane olmaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü” bildirilib.

Xəbəri paylaş

VİDEOLAR