İsrail Qəzzada 3 israilli məhbusu öldürüb

İsrail Qəzzada 3 israilli məhbusu öldürüb

Sionist rejim ordusu qətliamlarını və hücumlarını davam etdirdiyi Qəzza zolağında “təsadüfən” 3 məhbusu öldürdüyünü açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrail ordusu bildirib:

"İsrail ordusunun qüvvələri Şucayyada baş verən qarşıdurmalar zamanı səhvən 3 israilli girovu təhlükə olaraq tanıyıb. Nəticədə əsgərlər onlara atəş açıb və onlar həlak olublar”. 

Hadisənin baş verdiyi ərazidə aparılan axtarış və nəzarətlər zamanı “ölülərin şəxsiyyəti ilə bağlı şübhələrin yarandığı” bildirilən açıqlamada daha sonra cəsədlərin ekspertiza üçün İsrailə təhvil verildiyi və daha sonra cəsədlərin 3 əsirə aid olduğu təsdiqlənib. 

Açıqlamada İsrail ordusunun məsələ ilə bağlı araşdırmalara başladığı bildirilib və "Hadisənin baş verdiyi bölgənin son bir neçə gündür qarşıdurmaların davam etdiyi aktiv döyüş bölgəsi olduğu" irəli sürülüb.

Xəbəri paylaş

VİDEOLAR