İsrail Qəzzada 14 mindən çox uşağı qətlə yetirib - DƏHŞƏTLİ STATİSTİKA

İsrail Qəzzada 14 mindən çox uşağı qətlə yetirib - DƏHŞƏTLİ STATİSTİKA

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin 165 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağına qarşı hücumları nəticəsində daha 93 fələstinlinin şəhid olduğu, 142 fələstinlinin isə yaralandığı bildirilib.

Bildirilib ki, sionist İsrailin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 31 min 819, yaralıların sayı isə 73 min 934-ə çatıb.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Sionist İsrail ordusunun Qəzza zolağına hücumlarında 14 min uşaq və 9 min 220 qadın şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR