İsrail Qəzzada 10 mindən çox uşağı qətlə yetirib - DƏHŞƏTLİ STATİSTİKA

İsrail Qəzzada 10 mindən çox uşağı qətlə yetirib - DƏHŞƏTLİ STATİSTİKA

İsrail qüvvələrinin oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda 10 min uşaq və 7 min qadın həlak olub.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.
İsrail qüvvələrinin Qəzza zolağında 1903 qətliam törətdiyi, xəstəxanalara aparılan cəsədlərin sayının 22 722 olduğu, 58166 nəfərin yaralandığı qeyd edilib.
Məlumata görə, Qəzza zolağında 2 milyon insan yurd-yuvalarından didərgin düşüb, 70 faizi uşaq və qadın olmaqla 7 min insan hələ də itkindir.
İsrail qüvvələri oktyabrın 7-dən bu yana Qəzza zolağında 326 tibb işçisini, 45 mülki müdafiə işçisini və 107 jurnalisti öldürüb, 99 işçisi ilə 10 jurnalisti həbs edib.
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 69 min ev tamamilə dağılıb, ümumilikdə 290 min evə ziyan dəyib.

Xəbəri paylaş

VİDEOLAR