İsrail Qəzza zolağına hücumlarında 53 min ton bomba istifadə edib

İsrail Qəzza zolağına hücumlarında 53 min ton bomba istifadə edib

İsrail təxminən 2,5 aydır ki, mühasirəyə aldığı Qəzza zolağında 53 min ton bomba istifadə edib, 52 min 500 evi dağıdıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı hökumətə bağlı media bürosundan verilən yazılı açıqlamada, İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada dağıntılar barədə məlumat verilib.

Qəzza zolağında Fələstin xalqına qarşı hərtərəfli soyqırım törədildiyi, İsrail və ABŞ qüvvələrinin Qəzza zolağının hər kvadratmetrini bombaladığı bildirilib.

Açıqlamada İsrailin hücumlarında 53 min ton bomba istifadə edildiyi, bombardmanlar zamanı Qəzza zolağında 52 min 500 evin tamamilə dağıdıldığı bildirilib.

Açıqlamada, İsrailin hücumları nəticəsində Qəzza zolağında ümumilikdə 306 min 500 evin qismən zədələndiyi bildirilib.

Bəyanatda bildirilib ki, İsrailin həyata keçirdiyi bombardmanlar nəticəsində Qəzza zolağında hökumətə məxsus 126 ictimai bina və 112 məscid tamamilə dağıdılıb, 200 məscid qismən dağıdılıb, 3 kilsəyə ciddi ziyan dəyib. Hücumlar nəticəsində 90 məktəb və universitet tamamilə istismardan çıxarılıb, 282 məktəb və universitet dağıdılıb, qismən zərər gördüyü bildirilib.

Sionistlərin vurduğu 22 xəstəxana xidmətdən çıxdı

Açıqlamada İsrailin hücumları zamanı 22 xəstəxana və 53 sağlamlıq mərkəzinin tamamilə xidmətdən çıxdığı, 138 səhiyyə müəssisəsinin hədəfə alındığı bildirilib.

Açıqlamada İsrailin bombardmanları nəticəsində 102 təcili yardım maşınının yararsız hala düşdüyü bildirilib.

İsrail rejiminin hücumlarında 300 tibb işçisi həlak olub

Açıqlamada İsrailin hücumlarında 300 tibb işçisi, 32 mülki müdafiə zabiti və 96 jurnalistin öldüyü, 40 tibb işçisi və 8 jurnalistin isə İsrail qüvvələri tərəfindən nəzarətə alındığı bildirilib.

Açıqlamada əksəriyyəti uşaq və qadın olan 7 min nəfərin itkin düşdüyü, ya dağıntılar altında qaldığı, ya da taleyini öyrənmək mümkün olmadığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR