Bu haqda Fələstinin “əl-Mizan” hüquq-müdafiə təşkilatı məlumat yayıb.
Rasthaber Azərbaycan palinfo-ya istinadən xəbər verir ki, İsrail rejimi mühasirədə saxlanılan Qəzza sektoru ilə sərhəddəki Beyt-Xanun nəzarət-keçid məntəqəsində (NKM) 7 fələstinlini həbs edib.
Bu haqda Fələstinin “əl-Mizan” hüquq-müdafiə təşkilatı məlumat yayıb.
Qeyd edilir ki, saxlanılan şəxslərin üzərlərində icazə vərəqəsi və lazımi icazələr olub.
Tutulanlardan Abdulla Daqme Tel-Haşomerdəki xəstəxanada müalicə alan qardaşı üçün sümük iliyi donoru olmalı idi.
Daqme deyir ki, İsrailin hərəkətləri onun qardaşının həyatını təhlükəyə atır.
“İsrail əsassız həbsləri və NKM-ləri fələstinlilərə qarşı şantaj aləti kimi istifadə edir”, – deyə o qeyd edib.