İsrail qəzeti 67 Qəzzalı şəhid uşaqların şəkillərini manşetdə çap edərək İsrail ordusunu tənqid edib
Rasthaber Azərbaycan xəbər verir ki, İsrailin Haaretz qəzeti 67 Qəzzalı şəhid uşaqların şəkillərini manşetdə çap edib.
Qəzet fotolarla yanaşı, qəzzalı uşaqların həyat hekayəsini yazıb.
Qəzet İsrail höküməti və ordusunun son döyüşdə mülki vətəndaşları hədəfə almasını bu yolla tənqid edib.
"13 yaşlı Yəhya dondurma almağa getdi, 6 yaşlı Amira, 8 yaşlı İslam və 9 aylıq Məhəmmədin cəsədləri evlərinin dağıntıları altından çıxarıldı.", -deyə qəzet online versiyasının başlığında qeyd edib.