İsrail qüvvələrinin hücumu nəticəsində 28 nəfər yaralanıb

İsrail qüvvələrinin hücumu nəticəsində 28 nəfər yaralanıb

İsrail qüvvələrinin mühasirə altındakı Qəzza zolağındakı sərhəd bölgəsində nümayiş keçirən fələstinlilərə atəş açması nəticəsində 28 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada 28 yaralı fələstinlinin bölgədəki xəstəxanalara çatdırıldığı bildirilib.

Nümayişdən sonra İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı bəzi obyektlərini pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alıb.

Hücumlar nəticəsində ölən və ya yaralananın olub-olmadığı barədə məlumat verilməyib.

İsrail Ordusunun sözçüsü tərəfindən verilən bəyanatda HƏMAS-ın Qəzza zolağındakı 3 hərbi obyektinə hücum edildiyi bildirilib.

Fələstinlilər 6 gündür ki, fanatik yəhudilərin Əqsa məscidinə etdiyi basqınlara öz etirazını bildirmək üçün İsrail sərhədinə yaxın ərazilərdə nümayişlər keçirir.

Xəbəri paylaş

VİDEOLAR