İsrail qüvvələri Nablusun şərqinə hücum edib, 7 nəfər yaralanıb

İsrail qüvvələri Nablusun şərqinə hücum edib, 7 nəfər yaralanıb

Fələstin Qızıl Aypara Cəmiyyəti işğalçı qüvvələrin İordan çayının qərb sahilinin şimalında Nablus bölgəsinə təşkil etdiyi hücumlarda 7 nəfərin yaralandığını, Qızıl Aypara qüvvələri də daxil olmaqla 33 nəfərin qazdan zəhərləndiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Sionist rejim əsgərləri bu gün səhər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum ediblər.

Sionist rejim xüsusi təyinatlıları bu gün səhər saatlarında İordan çayının qərb sahilinin Tubas şəhərinə basqın ediblər.

Bu hücumdan sonra Fələstin müqavimət qüvvələri ilə işğalçı qüvvələr arasında intensiv silahlı toqquşmalar baş verib.

Digər tərəfdən, işğalçı sionistlər bu gün səhər saatlarında Ceninin qərbində yerləşən Yəmun şəhərinə hücum ediblər.

Eyni zamanda sionistlər İordan çayının qərb sahilindəki “əl-Birə” bölgəsinə hücum edərək Fələstin müqavimət qüvvələri ilə toqquşdular.

Xəbəri paylaş

VİDEOLAR