İsrail qüvvələri Nablusda ziyarətgaha gedən fələstinli gənci qətlə yetirib

İsrail qüvvələri Nablusda ziyarətgaha gedən fələstinli gənci qətlə yetirib

İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində Nablus şəhəri yaxınlığında yerləşən ziyarətgaha daxil olarkən daha bir fələstinli gənci öldürüb.

Az.rasthaber.com-un SalamNews-a istinadən verdiyi xəbərə görə, 18 yaşlı Vasim Nəsr Əbu Xəlifə israillilərin Nablusun şərqində İosif məqbərəsini atəşə tutması nəticəsində aldığı yaralardan dünyasını dəyişib.

Bu, fələstinli döyüşçülərin müqəddəs məkana basqın zamanı İsrail qüvvələri ilə atışmalarından sonra baş verib.

Qarşıdurmalar zamanı 31 fələstinli yaralanıb. Fələstin mətbuatının məlumatına görə, İsrailin atəşi nəticəsində yaralanan 3 fələstinlinin vəziyyəti ağırdır.

Xəbəri paylaş

VİDEOLAR