İsrail qüvvələri Nablusda 30 fələstinlini yaralayıb

İsrail qüvvələri Nablusda 30 fələstinlini yaralayıb

Sionist rejim qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərində həyata keçirdiyi basqında 4-ü ağır olmaqla 30 fələstinlini yaralandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada sionist rejim əsgərlərinin İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində bir evi basqınla mühasirəyə aldıqları bildirilib.

Açıqlamada basqın zamanı canlı güllələrlə atəş açan İsrail əsgərlərinin 30 fələstinlini yaraladığı, yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.

Şahidlərin sözlərinə görə, sionist qüvvələr basqın etdikləri köhnə Nablus şəhəri ərazisində canlı güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər.

Xatırladaq ki, sionist rejim qüvvələri iyul ayında Nablus şəhərinin köhnə bölgəsinə basqın zamanı 2 fələstinlini qətlə yetirmişdi.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərin evlərinə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir.

Xəbəri paylaş

VİDEOLAR