İsrail qüvvələri ilə toqquşmada 66 fələstinli yaralanıb

İsrail qüvvələri ilə toqquşmada 66 fələstinli yaralanıb

Fələstin Qızıl Aypara Cəmiyyəti Nablusda sionist rejim qüvvələri ilə fələstinlilər arasında baş verən qarşıdurmalar zamanı 66 fələstinlinin yaralandığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu şəxslər Nablusun Beyt Dəcən, Beyta və Həvarə qəsəbələrində yaralanıblar.

Bu istiqamətdə, Fələstin Səhiyyə Nazirliyi cümə günü səhər Cenin Dövlət Xəstəxanasının qarşısında sionist əsgərlərin atəş açması nəticəsində başından yaralanan xilasedici həkimin şəhid olduğunu bildirib. 

Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds Batalyonları bir bəyanat yayaraq, sionist rejimin Cenin şəhərdəki cinayətini cavabsız qalmayacağını bildirib. 

Sionist rejim son bir ayda İordan çayının qərb sahilində hərbi əməliyyatlarını davam etdirib və bunun nəticəsində bu il əksəriyyəti Cenin və Nablus şəhərindən olan 100-dən çox fələstinli şəhid olub. 

Bu arada sionist rejimin müharibə naziri Benni Qantz etiraf edib ki, İsrailin işğalçı qüvvələrinin yarısından çoxu İordan çayının qərb sahilində fəaliyyət göstərir.

Xəbəri paylaş

VİDEOLAR