İsrail qüvvələri fələstinlilərin oxuduğu məktəbə basqın edib

İsrail qüvvələri fələstinlilərin oxuduğu məktəbə basqın edib

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Hebron şəhərində ibtidai məktəbə basqın edərək müəllim və şagirdləri döyüblər.

Az.rasthaber.com xəbər verir ki, İsrail əsgərlərindən ibarət bir bölmə Hebronun Köhnə şəhərində Əl-Haciriyyə ibtidai məktəbinə basqın edib.

Əsgərlərin məktəbdən 2 şagirdi zorla apararaq saatlarla nəzarətdə saxladıqları açıqlanıb.

Sosial mediada paylaşılan görüntülərdə işğalçı sionist İsrail əsgərlərinin məktəbə basqın edərək siniflərə girmələrinə mane olmağa çalışan müəllim və şagirdlərə hücum etməsi böyük reaksiyalara səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR