İsrail qüvvələri İordan çayının Qərb sahilində yerləşən əl-Xəlil şəhərindəki məktəbi dağıdıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə əl-Xəlildəki qeyri-hökumət təşkilatlarının (QHT) müdafiəsi komitəsinin koordinatoru Fuad əl-Amur məlumat verib.
O deyib ki, İsrail qüvvələri təhsil müəssisəsini “qeyri-qanuni tikili” olması bəhanəsi ilə uçurdub.
Əl-Amurun sözlərinə görə, İsrail qüvvələri ilk ölaraq həmin məktəbin bütün avadanlıqlarını müsadirə edib, daha sonra isə onu qeydedilən bəhanə ilə söküb.
O bildirib ki, sözügedən məktəbdə bədəvi fələstinlilərin uşaqları oxuyurdu, bina kərpicdən inşa edilmişdi.