İsrail qüvvələri İordan çayının Qərb sahilində fələstinlilərin etiraz aksiyasına müdaxilə edib.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, Beyta qəsəbəsində fələstinlilər qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin inşasına öz haqlı etirazlarını bildirirdilər.
İsrail qüvvələri aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz, döyüş və rezin güllələrdən istifadə ediblər.
Hadisə nəticəsində 14 fələstinli xəsarət alıb. Onlardan biri döyüş gülləsi ilə yaralanıb. Həmçinin gözyaşardıcı qazdan onlarla insan da xəsarət alıb.