İsrail qüvvələri Qüdsdə "bıçaqlı hücuma cəhd" iddiası ilə bir fələstinli qadını güllələyib.
Az.rasthaber.com xəbər verir ki, İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdə bir fələstinli qadını "bıçaqlı hücuma cəhd" iddiası ilə vuraraq yaralayıb.
İsrail mətbuatında yer alan xəbərə görə, İsrail qüvvələri Şərqi Qüdsün Şeyx Cərrah bölgəsindəki tramvay stansiyasında fələstinli qadına atəş açıb.
Qadının “israillilərə qarşı bıçaqlı hücuma cəhd etdiyi” iddia edilib.
İsrail polisindən verilən yazılı açıqlamada qadın şübhəlinin yüngül yaralandığı, israillilər arasında xəsarət alan olmadığı bildirilib.
Hələlik Fələstin rəsmilərindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.