İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində həyata keçirdikləri basqınlar zamanı, iki nəfər Həmas rəhbəri də daxil olmaqla 8 fələstinlini həbs edib.
Az.rasthaber.com xəbər verir ki, İsrail qüvvələri Yerixo, Beytullahim, Tülkərəm və Tubas əyalətlərində basqınlar həyata keçirib.
Tubasdakı evlərində axtarış aparıldıqdan sonra Həmas liderləri Fazi Savafta və Nadir Savafta saxlanılıb.
Sionist qüvvələr həbslərə reaksiya verən fələstinlilərə həqiqi və rezinlə örtülmüş güllələr və gözyaşardıcı qazla cavab verib.
Digər tərəfdən, sionist qüvvələr Beytullahim şəhərində 3, Yerixoda 2, Tülkərəmdə isə 1 fələstinlini həbs edib.
Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif saxta ittihamlarla fələstinliləri həbs edir.
Fələstin mənbələrinin məlumatına görə, İsrail həbsxanalarında 4500-ə yaxın fələstinli var.