İşğalçı sionist İsrail qüvvələrinin İordan çayının qərb sahilinin Cenin şəhərinin bəzi kənd və qəsəbələrinə təşkil etdiyi hücumda çoxlu fələstinli yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, WAFA Xəbər Agentliyinin verdiyi məlumata görə, işğalçı qüvvələr Ceninin şimal-şərqindəki Celbun, Fakku və əl-Cəlmə kəndlərinə, qərbdə Tanak, əl-Tayba, Rummana və Tora kəndlərinə və cənubdakı Silet əl-zuhur qəsəbəsinə basqın edib və zəhərli qaz bombaları ataraq fələstinlilərə hücum edərək çoxlu fələstinlinin boğulmasına səbəb olub.
Agentlik həmçinin bildirib ki, işğalçı qüvvələr Nablusun cənubundakı Orif kəndi və Sahel bölgəsindəki bir evə basqın edərək bir fələstinlini həbs edib.