İsrail qüvvələri 2 gənc fələstinlini qətlə yetirdi

İsrail qüvvələri 2 gənc fələstinlini qətlə yetirdi

İsrail rejimi qüvvələri 2 dinc fələstinlini qətlə yetirib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

İnsident sionist rejimin işğalı altındakı İordan çayının Qərb sahilində yerləşən Cənin şəhərində baş verib.

Qətlə yetirilən fələstinlilər 22 yaşlı Abdulla əl-Həsri və 18 yaşlı Şadi Nəcmdir.

Həmçinin başqa 2 fələstinli də güllə yarası alaraq xəstəxanaya çatdırılıb.

Digər bir mənbədən qeyd edilib ki, cinayət fələstinli gənclərin sionist rejimin özbaşınalıqlarına qarşı keçirdiyi aksiya zamanı törədilib.

Xəbəri paylaş

VİDEOLAR