İsrail qətliamlarını etiraf etməyə başlayıb

İsrail qətliamlarını etiraf etməyə başlayıb

Bildirilib ki, qatil İsrail ötən ilin sentyabrında Suriyanın Həma əyalətinin cənubundakı Hərbi Elmi Araşdırmalar Mərkəzinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail mediası yazıb ki, İsrail əsgərləri sentyabrın 8-də Suriya ərazisinə enərək Suriyanın Həma əyalətinin Misyaf bölgəsindəki Hərbi Elmi Araşdırmalar Mərkəzinə hücum ediblər.

İsrail ordusuna bağlı senzura idarəsinin mövzu ilə bağlı yayım qadağasını aradan qaldırmasından sonra xəbərdə İsrail əsgərlərinin Suriya ərazisinə enərək "İranlıların qabaqcıl və həssas silahlar istehsal etdiyi mərkəzi partlatdıqları" ifadə edildi.

Suriya Xəbər Agentliyinin (SANA) 8 sentyabr tarixli xəbərinə əsasən, sionist İsrail əsgərləri və döyüş təyyarələrinin hücumu nəticəsində 14 nəfər həlak olub, 43 nəfər isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR