İsrail qorxuya düşdü: Araşdırmalar...

İsrail qorxuya düşdü: Araşdırmalar...

Rabitə naziri Netanyahuya müraciət edib

Rasthaber Azərbaycan xəbər verir ki, İsrailin 12-ci telekanalında yer alan xəbərdə, Tel-Əviv hökümətinin işğal altındakı İordan Çayının Qərb sahilləri və Şərqi Qüds kimi Qəzzada işlətdiyi müharibə cinayətlərilə bağlı İsrail haqqında açıla biləcək istintaq araşdırmalarında Beynəlxalq Cinayət Məhkəməsi ilə işbirliyi etməyəcəyini bildirib.

Adı açıqlanmayan diplomatik mənbələrə istinad edilən xəbərdə, Tel-Əvivin BCM tərəfindən İsraili yüksək və aşağı rütbəli hərbçilər haqqında beynəlxalq saxlanılma əmri çıxarıla biləcəyindən narahat olduğu ifadə edilib.

Bu arada radikal sağçı və Fələstin əleyhdarı görüşlərilə tanınan İsrail Rabitə naziri  Bezalel Smotrich BCM-ni “antisemitizm”də ittiham edib.

 Smotrich baş nazir Netanyahudan BCM-dəki müraciətini 48 saat içində geri götürməsi üçün Fələstin hökümətinə ultimatum verməsini istəyib.

Xəbəri paylaş

VİDEOLAR