Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, Suriya Ordusunun Havadan Müdafiə Sistemi İsrail qırıcılarının Livan hava sahəsini pozaraq Suriya ərazisinə endirdiyi raketlərini vurub.
Suriyanın rəsmi xəbər agentliyi SANA bildirir ki, yerli vaxtla 04:55-də İsrailin raket hücumu Suriya Ordusunun Havadan Müdafiə Sistemi tərəfindən dəf edilib.
İsrail Suriyadakı terror qruplaşmalarını dəstəkləmək məqsədilə ara-sıra Suriyaya havadan və qurudan hücumlar həyata keçirməklə yanaşı, yaralı terrorçuları Golan xəstəxanalarına çatdırılmasını da təmin edib.
Bu arada Hasekenin cənubundakı Ruveyşid kəndində naməlum şəxslər ABŞ ordusuna aid bir hərbi maşına hücum etməsi nəticəsində, maşın vurulub bəzi hərbçilər isə yaralanıb.