İsrail qana doymur: Qəzzada daha bir xəstəxananı bombaladı

İsrail qana doymur: Qəzzada daha bir xəstəxananı bombaladı

Sionist İsrail ordusunun Qəzza zolağının şimalındakı Kemal Advan xəstəxanasına pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda bir həkim və çox sayda xəstənin yaralandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata görə, İsrailə məxsus PUA-nın atdığı bomba nəticəsində Kamal Advan Xəstəxanasının həkimi Səid Cövdət və bəzi xəstələr yaralanıb.

Səhiyyə mənbələri sionist İsrail ordusunun iki gündür Kemal Advan xəstəxanasının ciddi blokadası və bombardmanı altında olduğunu və hər cür ərzaq, dərman və yanacaq yardımının xəstəxanaya çatmasının qarşısı alındığını bildiriblər.

Kemal Advan Xəstəxanasının direktoru Husam Abu Safiye cümə axşamı verdiyi açıqlamada, İsrail ordusunun "Quadcopter" tipli dronlarla xəstəxananın giriş və təcili yardım otağına hücum etdiyini bildirib.

İşğalçı İsrail ordusunun Qəzza zolağının müxtəlif nöqtələrinə təşkil etdiyi hücumlarda daha 17 fələstinli şəhid olub, çoxlu sayda fələstinli yaralanıb. Qəzzada şəhidlərin sayı 45 minə yaxınlaşarkən, dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Xəbəri paylaş

VİDEOLAR