İsrail polisinin mühafizəsi altında radikal yəhudilər Əl-Əqsa məscidinin ərazisinə soxulublar

İsrail polisinin mühafizəsi altında radikal yəhudilər Əl-Əqsa məscidinin ərazisinə soxulublar

Fələstinlilər buna etiraz ediblər

Rasthaber Azərbaycan xəbər verir ki, İsrail polisinin müşayiəti ilə radikal yəhudilər işğal olunmuş Şərqi Qüdsün İçərişəhərindəki Məscidül-Əqsanın həyətinə basqın ediblər.

Qüds İslam Vəqfləri İdarəsinin məlumatında 106 radikal yəhudinin Məscidül-Əqsanın cənub-qərbindəki Əl-Məğaribə (Mərakeş) qapısı vasitəsilə Qüds və Əl-Əqsaya basqın etdiyi qeyd olunub.

İsrail polisinin müşayiətində olan yəhudi qrupun Hərəm-i Şərifin həyətlərində dolaşdıqdan sonra Məscidül-Əqsanı tərk etdiyi önə çəkilib.

Fanatik yəhudilərin Hərəm-i Şərifə bu cür basqınları bölgədə gərginliyin artmasına səbəb olur.

Məscidül-Əqsa 26 oktyabr 1994-cü ildə İsrail ilə İordaniya arasında imzalanan sülh müqaviləsinə əsasən İordaniya Vəqflər, İslam İşləri və Müqəddəsliyi Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.

Ancaq yəhudilər 2003-cü ildən İdarənin icazəsi olmadan İsrailin birtərəfli qərarı ilə müqəddəs ziyarətgaha daxil olurlar.

Bunları basqın olaraq xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu bildirir.

Xəbəri paylaş

VİDEOLAR