Az.Rasthaber.com xəbər verir ki, sionist rejimin təhlükəsizlik qüvvələri İslam ziyarətgahına qarşı növbəti təxribat törədib.
Sionist polisi işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya soxularaq ibadət zalında olan müsəlmanları, hərəmin işçiləri və mühafizəçilərini oradan çıxarıb.
“Anadolu” müxbirinə müsahibə verən şahidlər «İsrail» təhlükəsizlik qüvvələrinin bu cür hərəkətlərini “təhlükəli və qeyri-adi” adlandırıblar.
Bir müddət sonra məscidin əməkdaşlarının və təhlükəsizlik işçilərinin geri qayıtmasına icazə verilib.
«İsrail polisi» reydin səbəblərini açıqlamayıb. Bildirilir ki, işğalçı rejim polisinin məscidə əvvəlki reydləri əməkdaşların və mühafizəçilərin qovulması ilə müşayiət olunmayıb, belə addımlar ilk dəfədir atılır.