İsrail parlamentdə mübahisəli büdcə qanununu qəbul edib

İsrail parlamentdə mübahisəli büdcə qanununu qəbul edib

Sionist rejimin baş naziri Binyamin Netanyahunun başçılıq etdiyi koalisiya hökuməti ultra-ortodoks yəhudilərə imtiyazlar verdiyini əsas gətirərək mübahisəli 2023-2024-cü il büdcəsini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, Netanyahunun koalisiya hökumətini quran ifrat sağçı və ultra-ortodoks yəhudi partiyaları ilə razılığa gəlməsindən sonra parlamentə gətirilən 2023-2024-cü il büdcəsi 64 “hə” və 56 “xeyr” səsi ilə qəbul edilib.

Səsvermə nəticəsində 2023-cü il üçün büdcə 484 milyard şekel (təxminən 132 milyard dollar), 2024-cü il üçün isə 514 milyard şekel (təxminən 140 milyard dollar) olaraq müəyyən edilib.

Büdcə parlamentdə qəbul edildikdən sonra sionist rejimin baş naziri Netanyahu ölkədə aylardır kütləvi nümayişlərə səbəb olan və hökumətin fəaliyyətini dayandırmalı olduğu mübahisəli “məhkəmə islahatı” qanun layihəsinin də parlamentə geri qayıdacağını açıqlayıb.

Kanal 14 televiziyasına danışan Netanyahu, "məhkəmə sisteminin səlahiyyətlərini zəiflətdiyi" üçün tənqid edilən qanun layihəsinin yenidən "mütləq" gündəmə gələcəyini bildirib.

"Biz artıq məsələnin ortasındayıq, müxalifətlə razılığa gəlməyə çalışırıq və ümid edirəm ki, uğur qazanacağıq", - Netanyahu qanun layihəsi üzərində konsensusa nail olmaq üçün müxalifətlə davam edən danışıqlara toxunaraq deyib.

Xəbəri paylaş

VİDEOLAR