Sionist rejimin mediası bu günlərdə ordunun problemləri və dəyişikliklərlə bağlı Təl-Əvivin hərbi və siyasi rəhbərləri arasında ixtilaflara toxunaraq, İsrail ordusunun bu münaqişələrə görə “təhlükəli nöqtəyə” çatdığını etiraf edib
Az.rasthaber.com xəbər verir ki, hökumətdə baş verən münaqişələr bəzi məmurları xidmətə davam etdirməkdə tərəddüdə salıb.
Əl-Məyadin xəbər kanalının məlumatına görə, sionist rejimin 12-ci kanalının hərbi məsələlər üzrə eksperti “Nir Dori” bu barədə deyib: “Ordu Baş Qərargahının rəisi Aviv Kokhavi ordunun təhlükəli həddə çatdığını anlayıb və bu səbəbdən Netanyahu ilə söhbətə başlayıb."
Dori bu söhbətlərin bütün təfərrüatları açıqlanmasa da, Kokhavinin istəyinin ordunun səlahiyyətlərini məhdudlaşdıran qərarlar qəbul edilərsə, onunla məsləhətləşmələr aparılmalı və onun rəyi nəzərə alınmalı olduğunu Netanyahuya bildirib.