İsrail Ordusunun generalı Hizbullahın gücünü dəyərləndirdi

İsrail Ordusunun generalı Hizbullahın gücünü dəyərləndirdi

Sionist rejim ordusunun minimim hazırlıq durumundan nigarançılıq edən bir sionist general deyib ki, Hizbullah-ın atəş gücü Həmas-ın gücündən onqat çoxdur.

Rasthaber Azərbaycan İran mediasına istinsadən məlumatına əsasən, sionist rejim ordusunun baş qərargah rəisinin sabiq əvəzedicisi Eli Zamir xəbərdarlıq edibdir ki, bu rejim ordusu müxtəlif meydanlarda təhdidlərlə mübarizə üçün yalnız minimum hazırlığa və qabiliyyətlərə malikdir.

Zamir özünün bu vəzifədən çıxarılması mərasimində, sonra deyib ki, sionist rejim ordusu müxtəlif sahələrdən irəli gələn təhdidləri zərərsizləşdirə bilmək üçün kəmiyyət və keyfiyyət himayələrinə ehtiyac duyur.

"Həm döyüş meydanının özündə, həm də sərhəd cəbhəsi boyunca daxili problemlərlə yanaşı, uzunmüddətli, çoxbölgəli və çətin bir savaş aparmağa məcbur ola bilərik. Buna görə, güclü ehtiyat qüvvələrinin təmini, davamlılığı və qətiyyətliliyinə əmin olmalıyıq"- deyə Eli Zamir bildirib.

"Qəzzaya qarşı son hücum, elə bir halda həyata keçibdir ki, Hizbullah cəbhəsi sakit idi, amma bilirik ki, bu müqavimət cəbhəsinin atəş gücü Həmas-ın gücündən onqat çoxdur"-deyə, bu sionist general qeyd edib.

Sionist rejiminn «dəmir qübbə» sistemi son on iki günlük savaşda da Fələstin müqavimət qruplarının raketlərinin izinə düşməkdə faydasız olmuşdu.

Xəbəri paylaş

VİDEOLAR